Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR - Türkiyə tərəfi hərəkətə keçdi

Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR - Türkiyə tərəfi hərəkətə keçdi
30 İyul 2019 15:58

İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Realpress.az istinadla bildirir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunub.

Yaxın zamanda onların mütəxəssislərinin ölkəmizə gəlməsi gözlənilir.

Eyni zamanda həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər.

Qeyd edək ki, qəza baş verən andan bu günədək davam edən küləkli əlverişsiz hava şəraitinə baxmayaraq Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiyanın rəhbərliyi altında axtarış əməliyyatları hazırda da intensiv aparılır. 


20 Avq 2019
Hərbi

Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK

Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin "Şəxsi kabinet"lərinə yeni elektron xidmət inteqrasiya edib.

20 Avq 2019
Hərbi

Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi

Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi

20 Avq 2019
Hərbi

Pilotumuz harada dəfn ediləcək? - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, 24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

20 Avq 2019
Hərbi

"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı — SON DƏQİQƏ

24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

18 Avq 2019
Hərbi

Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının bağlanış mərasimində iştirak edib - FOTO

Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının bağlanış mərasimində iştirak edib - FOTO