Bu içkiləri almayın - FOTO

Bu içkiləri almayın - FOTO
19 İyul 2019 17:25


Qax, Balakən və Zaqatalada antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, sözügedən sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edilir, hazır məhsulların analizləri aparılmır, istehsal prosesində istifadə olunan su müvafiq filtrdən keçirilmir.

Bundan başqa, şüşə butulkalar texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulur, məhsul istehsalında istifadə olunan xammal və köməkçi materiallar düzgün şəraitdə saxlanılmır, üzərinə istehsal tarixi vurulmur və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixi, saxlanma müddəti qalır.

Habelə Qax rayonu, Qorağan kəndində yerləşən “Günəş MS” MMC-də istehsal edilən “H2O” və “Qax” əmtəə nişanlı suların minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində “mineral süfrə suyu” yazıldığı məlum olub.

Qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb.

Həmin sexlər aşağıdakılardır:

1) Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən, Şıxlinski Fərid Zeynal oğluna məxsus “Dağ incisi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

2) Qax rayonu, Xalidə Həsilova küçəsində yerləşən, Yusifli Ülvi Zəfər oğluna məxsus “Ülvi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

3) Qax rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, Əli Sadiq İlqar oğluna məxsus “Sadiq” və “Qax” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

4) Qax rayonu Qorağan kəndində yerləşən, “Günəş MS” MMC-yə məxsus “Sevim”, “H2O” və “Qax” əmtəə nişanlı su istehsalı sexi

5) Balakən şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, Mustafayev Orxan Cahangir oğluna məxsus “Zirvə” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

6) Balakən rayonu Qullar kəndində yerləşən, Papaxov Elman Fəxrəddin oğluna məxsus “Ləzzət” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.