KİPRİK DEMODEKOZUNUN MÜALİCƏSİ

KİPRİK DEMODEKOZUNUN MÜALİCƏSİ
19 İyul 2019 16:37

KİPRİK DEMODEKOZUNUN MÜALİCƏSİ

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki,yay mövsümündə isti və təmiz hava, eləcə də vitaminlərlə zəngin təbii meyvə-tərəvəzlər sağlamlıq və yaxşı əhval-ruhiyyə ilə assosiasiya olunur. Lakin yay fəsli özünü bir çox ciddi,mövsümü xəstəliklərlə də biruzə verir.

Demodekoz nədir? Demodekoz xəstəliyini dərialı yaşayan demodeks gənələri törədir. Kiprik gənəsi bu xəstəliyin ikinci adıdır. ÜST göstərir ki, yer kürəsi əhalisinin təxminən 90%-i bu parazitin daşıyıcısıdır. İnsanlarda demodekoz xəstəliyinə ən çox üz dərisində, alın, göz qabaqları ətrafında, başın tüklü nahiyəsində, kipriklərdə və qaşlarda rast gəlinir.

Kiprik demodekozu parazitar bir xəstəlikdir. Onun törədicisi gənədir (demodeks). Hazırda bu gənələrin 65 müxtəlif növü vardır. Bu dərilatı gənələrin 2 növü Demodex folliculorum və Demodex brevis yalnız insanda parazitlik edir. Demodex folliculorum insanda saç folikullarında,  piy vəzlərində, kipriklərin meybom piy vəzilərində parazitlik edir. Gənə olduqca kiçik ölçüyə malikdir, tük folikullarında və piy vəzilərində çoxalır, ölmüş dəri hüceyrələri ilə qidalanır, insan orqanizmdən xaric çoxalması dayanır.

Yaranma səbəbləri. Xəstəliyin yaranmasına aşağıdakı səbəblər  təsir göstərir: ahıl dövrü, həzm sisteminin xroniki xəstəlikləri, metabolik xəstəliklər, immunitetin aşağı düşməsi, güclü stress, iqlim dəyişikliyi, kortikosteroidlərin uzunmüddətli istifadəsi.

Demodekozun simptomları. Demodekoz tək üz dərisində deyil, başın tüklü nahiyəsində, kipriklərdə və qaşlarda da ola bilər. Bu zaman saçlar, kipriklər və qaşlar tökülür, dəri qızarır, qaşınır. Bəzi hallarda tək kipriklərin deyil, həmçinin konyunktivanın zədələnməsi qeydə alınır. Bu zaman artıq demodekoz blefarokonyunktivit haqqında danışılır. Belə halda yuxarıda göstərilən simptomlara gözlərdə yorğunluq, qaşınma, şişkinlik, göz qapağı kənarlarının qızarması, kipriklərin, qaşların tökülməsi, kəpəklənməsi, kipriklərin bir-birinə yapışması və quruyaraq sarı rəngli qabıqların əmələ gəlməsi kimi əlamətlər əlavə olunur. Bu sadalanan əlamətlər səhərlər daha çox özünü göstərir.

Kiprik gənəsinin müalicə yolları. İlk növbədə infeksiyanı dayandırmaq lazımdır. Terapiya zamanı bütün hərəkətlər əsas patologiyanın aradan qaldırılmasına yönəlməlidir. Eyni zamanda  metabolizmin yaxşılaşdırılmasına, immun sisteminin gücləndirilməsinə və hormonal xəstəliklərin yaratdığı təsirlərin aradan qaldırılmasına kömək edəcək dərmanlar təyin olunmalıdır. Müalicə zamanı vitamin komplekslərinin qəbulu effektiv sayılır. Müalicə zamanı göz qapaqlarının dərisində iltihablanma prosesini aradan qaldırmaq üçün preparatlar təyin olunur. Bundan əlavə pəhriz və şəxsi gigiyenaya da riayət olunmalıdır. Həmçinin mədə-bağırsaq traktını yaxşılaşdıran xüsusi preparatlar təyin edilir.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.


22 Avq 2019
Səhiyyə - Sağlamlıq

Qanda rezus faktoru gözlənilmədən dəyişə bilər

İnsan qanı təkcə qruplara (I, II, III və ya IV qan qrupu), eləcə də rezus faktoruna görə (müsbət və ya mənfi) təsnif olunur.

21 Avq 2019
Səhiyyə - Sağlamlıq

UŞAQLARDA RAST GƏLİNƏN QURD XƏSTƏLİKLƏRİ.

İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Qurd xəstəliyi istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən problemdir. Uşaqlar əsasən 3-12 yaşlarında bu xəstəliyə yoluxurlar.

21 Avq 2019
Səhiyyə - Sağlamlıq

Günvurmanın SİMPTOMLARI və YARDIM. Bunu hər kəs bilməlidir!

İsti havada günvurma halları artır. Günvurma çox ciddi pozulma sayılır ki, vaxtında lazım olan tədbirlər görülməzsə insan hətta həyatını itirə bilər.

21 Avq 2019
Səhiyyə - Sağlamlıq

Nurofen uşaq şamlarına qadağa qoyuldu - Tələblərə cavab vermir

Rusiya Səhiyyə Nazirliyinin rəsmi dərman preparatları reyestrində Nurofen uşaqlar üçün rektal şamların istifadəsinin dayandırlması barədə məlumat yerləşdirilib.

20 Avq 2019
Səhiyyə - Sağlamlıq

KİÇİK QURDUN BÖYÜK FƏSADLARI.

Müasir dövrdə insanların tez-tez rastlaşdığı xəstəliklərdən biridə qurd invaziyalarıdırr. İndiyə qədər insan orqanizmində xəstəlik törədən 250-yə qədər qurd növü aşkar edilmişdir. Onlardan 65-i ölkəmizdə qeydə alınmışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər il dünya əhalisinin 50%- dən çoxu qurd xəstəliklərinə yoluxur. Yoluxmanın 70-80%-ni uşaqlar təşkil edir.