Pirşağıda gənclərin boğulması ilə bağlı YENİ MƏLUMAT - FOTO (YENİLƏNİB)

Pirşağıda gənclərin boğulması ilə bağlı YENİ MƏLUMAT - FOTO (YENİLƏNİB)
19 İyul 2019 15:53

Dünən Bakının Pirşağı qəsəbəsi çimərliyində baş verən faciə ilə bağlı yeni faktlar üzə çıxıb.

Realpress.az-in əldə etdiyi məlumata görə, Pirşağı qəsəbəsində qeyri çimərlik ərazisində 4 nəfər çimərkən boğulma təhlükəsilə üzləşib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilər 3 nəfərin həyatını xilas ediblər.

Lakin 19 yaşlı bir gənc boğularaq ölüb.

***10:41***

Dünən Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.

Realpress.az report-a istinadən xəbər verir ki, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Onlardan birinin cəsədi tapııb. Bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.  

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Digər gəncin axtarışları davam etdirilir. 


29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.