İraqda türk diplomatı öldürənlərdən biri deputatın qardaşı çıxdı

İraqda türk diplomatı öldürənlərdən biri deputatın qardaşı çıxdı
19 İyul 2019 15:23


İraqın Ərbil şəhərində türkiyəli diplomat Osman Kösenin ölümü ilə nəticələnən hücumda iştirak edənlərdən biri Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) deputatı Dersim Dağın böyük qardaşı imiş.

İHA xəbər verir ki, iyulun 17-də baş vermiş hadisədən sonra Ərbil Polis İdarəsi hücum edənlərdən birinin Türkiyənin Diyarbəkir şəhər sakini Mazlum Dağ olduğuna dair məlumat yaymışdı.

1992-ci il təvvəllüdlü M.Dağın Diyarbəkirdən Türkiyə parlamentinə millət vəkili seçilmiş D.Dağın qardaşı olduğu məlum olub.

İddiaya əsasən, D.Dağ deputat olmaq üçün PKK terror təşkilatına təzyiq göstərib və istəyinə nail olub.

Qeyd edək ki, qətlə yetirilmiş diplomat Türkiyənin Ərbildəki Baş konsulluğunda çalışıb.

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.