Ərdoğanı təhqir edən müğənniyə 11ay həbs cəzası verildi - VİDEO

Ərdoğanı təhqir edən müğənniyə 11ay həbs cəzası verildi - VİDEO
19 İyul 2019 12:56

Türkiyənin tanınmış müğənni və aktrisası Zuhal Olcaya həbs cəzası verilib. 

Realpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə günahlandırılır.

Sənətçi İstanbulda səhnəyə çıxdığı məkanların birində "Boş ver dünyayı" adlı mahnının sözlərini dəyişərək "Rəcəb Təyyib Erdoğan, həpsi boş, həpsi yalan. Bir gün həyat bitecek, görəcəksin bir rüya" kimi oxuyub. Hətta bu sözləri səsləndirərkən əl hərəkəti ilə də prezidenti təhqir edib.

İstanbul 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.

Xatırladaq ki, 5 avqust 2016-cı ildə bir şəxs polisə zəng edərək müğənni Zuhal Olcayın Kadıköydə məkanların birində çıxışı zamanı prezidentə əli ilə qeyri-etik hərəkət edərək, onu təhqir etdiyi ilə bağlı məlumat verib. Bu şikayətdən sonra məlumat araşdırılaraq öz təsdiqini tapıb. Zuhal Olcay haqqında “prezidentə birbaşa təhqir” maddəsi ilə 2 aydan 4 il 8 aya kimi həbs cəzası tələb edilmişdi.

Z.Ovcay ittihamları qəbul etməyib. O, əl hərəkətini ön sırada əyləşən tamaşaçıya göstərdiyini deyib. Ümumiyyətlə, hər hansı bir yanlış hərəkətini xatırlamadağını söyləyən sənətçi, həmin gecə spirtli içki qəbul etdiyini etiraf edib. 


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.