Bakı Metropoliteni: "Festival günlərində zərurət olarsa, xəttə ehtiyat qatarlar buraxılacaq"

Bakı Metropoliteni: "Festival günlərində zərurət olarsa, xəttə ehtiyat qatarlar buraxılacaq"
19 İyul 2019 11:54

İyulun 20-dən 28-dək Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə yarışların təşkilat komitəsi ilə müntəzəm əlaqəli fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-də bununla bağlı bütün müvafiq tədbirlər görülüb.

QSC-dən Realpress.az-a verilən məlumata görə, "Bakı Metropoliteni" QSC-nin nəzərdə tutulmuş əməliyyat planı yarışların əhatə dairəsi, keçiriləcəyi məkanlar, həmçinin qonaqların hərəkət edəcəyi əsas istiqamətlər nəzərə alınmaqla tərtib olunaraq, qatarların hərəkətinin təşkili və sərnişin axınının tənzimlənməsinə cavabdeh olan bütün sahələrə müvafiq tapşırıqlar verilib.

Ümumən sərnişinlərin təhlükəsizliyi və rahatlığı məqsədilə metropoliten stansiyaları və elektrik deposu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək. Bu xüsusda əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub. Yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda növbətçilik cədvəlləri tərtib olunmaqla əlavə işçi personalın ayrılması planlaşdırılıb. Yarışlar zamanı kütləviliyi ilə seçilən tədbirlər - açılış və bağlanış mərasimləri zamanı yerüstü ictimai sərnişindaşıma nəqliyyatı ilə sıx inteqrasiya olunmuş fəaliyyət planı da işlənilərək hazırlanıb.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.