Elçin Quliyev yaralı əsgərin başından öpdü – VİDEO

Elçin Quliyev yaralı əsgərin başından öpdü – VİDEO
19 İyul 2019 11:42

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan əsgər Ceyhun Bayramova baş çəkib.

Realpress.az “azvision.az”a istinadən xəbər verir ki, DSX rəisi yaralı əsgərə göstərdiyi xidmətə görə təşəkkür edib.

E.Quliyev görüş zamanı vurğulayıb ki, Ceyhun Bayramov kimi oğullar hesabına dövlət sərhədlərinin təhlükəsizliyi təmin olunur: “Vətənimiz Azərbaycanın layiqli əsgərlərindənsən.

Oradakı şəraiti bilirəm. Çox qürurlu bir şəraitdir. Düşmənlə üz-üzəsiniz, bir sipərsiniz. Dövlətimizin təhlükəsizliyini təmin edirsiniz”.

Qeyd edək ki, 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub.

Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. 


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.