Bakı bulvarında ilanlar peyda oldu - YENİLƏNİB + VİDEO

Bakı bulvarında ilanlar peyda oldu - YENİLƏNİB + VİDEO
19 İyul 2019 11:36


Bakı Bulvar İdarəsi ilanlarla bağlı yayılmış videogörüntüyə münasibət bildirib.

İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı realpress.az-ın sorğusuna cavab olaraq deyib ki, bulvar ərazisində videogörüntüdə deyildiyi kimi, kütləvi ilanlar yoxdur.

“İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib”, - o əlavə edib.

G.Yelmarqızının sözlərinə görə, bulvar ərazisində ilanların olması ilə bağlı idarəyə nə vətəndaşlar, nə də əməkdaşlar tərəfindən məlumat daxil olub.

09:30

Bakıda Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. 

Videoda vətəndaşın əlində zəhərli ilanı tutması əks olunub. 

Qeyd edək ki, ötən il də analoji hadisə yaşanmışdı. Müğənni Emma (Elmira) Ələkbərzadə “Instagram” hesabında belə bir video paylaşmışdı. 


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.