Şəkidə xəsarət alan suriyalılardan XƏBƏR VAR

Şəkidə xəsarət alan suriyalılardan XƏBƏR VAR
19 İyul 2019 10:47

Şəki Xan Sarayının qarşısındakı çinarın budaqlarının aşması nətiəsində xəsarət alan Suriya vətəndaşları müalicələrini özəl klinikada davam etdirirlər.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər bir ailənin üzvü olan Sara Hasan (sağ bud sümüyünün qapalı travması), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirədir (sağ baldır sümüyünün yerdəyişən sınığı).

Qeyd edək ki, onlar özəl klinikaya getməmişdən əvvəl Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdilər. Vəziyyətləri ağır stabil qiymətləndirilsə də, onlar üçün həyati təhlükənin olmadığı bildirilmişdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət alan Elxan Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsini davam etdirir. Onun vəziyyəti orta ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.


19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.