Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlandı - SİYAHI

Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlandı - SİYAHI
18 İyul 2019 17:30


Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlanıb.

realpress.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib ki, 2018-ci ilin iyun-iyul aylarında atmosfer havasında azot 4 oksid normanı 2,4 dəfə keçmişdisə, 2019-cu ildə bu göstərici 1,4 dəfə olub:

“Həmçinin ETSN-in 168 nömrəli “Qaynar xətt”inə havanın çirklənməsi nəticəsində qoxunun gəlməsi ilə bağlı əhali tərəfindən daxil olan şikayətlərin sayı da xeyli azalıb”.

Onun sözlərinə görə, atmosfer havasının keyfiyyətinə nəzarət edən “Vaisala AQT400” avtomat stansiyasının onlayn məlumatlarının və OPSİS avtomatik məntəqədən alınan təhlillərin nəticəsi bunu təsdiq edir:

“Belə ki, 2018-ci ilin iyun ayı və iyul ayının birinci yarısında 77 şikayət daxil olmuşdusa, 2019-cu ilin müvafiq dövründə havanın çirklənməsi ilə bağlı 30 şikayət daxil olub.  Araşdırmalar nəticəsində məlum olub ki, 2018-ci ildə toluol, benzol və etil-benzol normadan 3 dəfə artıq olduğu halda 2019-cu ildə 1,2 dəfə artıq olub”.

U.Tağıyeva qeyd edib ki, atmosfer havasının vəziyyəti həm ətraf mühitə atılan tullantılardan, həm də sinoptik-meteoroloji  şəraitdən asılıdır:

“Durğun anomal isti hava şəraitində zəif cənub, cənub-şərq küləyinin üstünlüyü zamanı çirkləndirici maddələrin toplanmasına şərait yaranır. Bu il isə iyunun anomal isti keçməsinə baxmayaraq, iyulda nisbətən sərin və küləkli hava şəraitinin üstünlüyü bu durğunluğun yaranmasının qarşısını alıb.

Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin sıxlığı, eyni zamanda, ölkəyə gətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə bağlıdır. Nazirlik tərəfindən aidiyyəti təşkilatlarla bəzi nəqliyyat növlərinin şəhərə daxil olmasına məhdudiyyətlərin tətbiq edilməsi istiqamətində işlər aparılır”.

Nazirlik rəsmisi deyib ki, Bakı şəhərində nəqliyyatdan havaya olan təsirləri müəyyənləşdirmək məqsədilə seçilmiş nöqtələrdə - Neftçilər pr., Dərnəgül şossesi, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Qara Qarayev pr., Heydər Əliyev pr., Şərifzadə küç., Xırdalan–Sumqayıt yolunda monitorinqlər keçirilib:

“Hava nümunələri götürülərək azot-4 oksid, kükürd qazı, dəm qazı, Pm 10, Pm 2,5 dirspers tozun təyini üzrə analizlər aparılıb. Analizlərin nəticələrinə görə çirkləndiricilərdən azot 4-oksidin konsentrasiyası 2,3-3,5, dəm qazı 1,4-2,2, Pm 10 dirspers toz 1,1-1,4, Pm 2,5 dirspers toz 1,1-1,6 dəfə yol verilən qatılıq həddini keçib.

Monitorinqlərin nəticəsinə görə ən yüksək çirklənmə Lökbatan dairəsində qeydə alınıb. Bu da həmin dairədə həm şəhərdaxili, həm də şəhərkənar nəqliyyatların sıx hərəkət etməsi ilə bağlıdır”.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.