“Instagram”da yenilik

“Instagram”da yenilik
18 İyul 2019 13:14


“Instagram” sosial şəbəkəsində istifadəçilərin paylaşdıqları foto və videoların neçə nəfər tərəfindən bəyənildiyini görmək artıq mümkün olmayacaq.

“Habertürk” xəbər verir ki, “Instagram” bəyənmə sayını gizlətməyə başlayıb.

Bundan sonra istifadəçinin paylaşımının altında yalnız bir ad görünəcək və yanında bəyənmə sayının əvəzinə “başqaları” sözü yer alacaq. İstifadəçilər “başqaları” sözünə baxaraq paylaşımlarını kimlərin bəyəndiyini görə biləcəklər.

Məqsəd istifadəçilərin paylaşacağı fotoşəkil və videoların məzmununa daha çox diqqət yetirməsidir.

Yenilik hazırda 7 ölkədə - Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya və Yeni Zelandiyada sınaqdan keçirilir.

17 Apr 2024
Dünya

Qazaxıstanda 117 mindən çox insan təxiliyə edilib

Qazaxıstan xilasediciləri daşqınlar səbəbindən 117 mindən çox insanı məskunlaşmış ərazilərdən təxliyə ediblər.

17 Apr 2024
Dünya

Tbilisidə atışma olub: Yaralananlar var

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub, üç nəfər yaralanıb.

17 Apr 2024
Dünya

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə U-15 milliləri Avropa çempionatına hazırlaşır.