Google Pixel 4 smartfonu London metrosunda görülüb

Google Pixel 4 smartfonu London metrosunda görülüb
18 İyul 2019 08:59


9to5google saytının oxucularından biri London metrosunda, əlində Google Pixel 4 smartfon modelini tutmuş istifadəçinin fotosunu çəkib. Milli.Az technote.az-a istinadən bildirir ki, təqdim olunmuş fotoda əks olunmuş smartfon xüsusi keysdədir. Onun arxasında yerləşən kamera modullarından belə qənaətə gəlmək olar ki, söhbət həqiqətən də yeni Pixel smartfon modelindən gedir.

Bu cür kamera modullarının yerləşdirilməsini biz əvvəlki render fotolarında da görmüşdük. Smartfonun arxasında üç kamera modulu, LED işıqlandırma sistemi və mikrofon yerləşdirilib. Arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Son məlumat sızıntılarına əsasən Google Pixel 4 modeli OLED ekran, Snapdragon 855prosessoru, 6 GB RAM, xüsusi ötürücü ilə Project Soli çipinə sahib Face Unlock texnologiyası ilə təchiz olunacaq.

Qeyd etmək lazımdır ki, Project Soli çipi istifadəçinin üz mimikalarını yüksək sürətlə təyin etməyə imkan verir. Faktiki olaraq bu, Face ID texnologiyasının analoqudur. Smartfon barəsində hələki digər bir məlumat yoxdur. Çox güman ki, yeni Google Pixel smartfon seriyası bu ilin oktyabr ayında təqdim olunacaq.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.