Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər

Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər
17 İyul 2019 12:20

Yodun orqanizmdə çatışmazlığı sinir və hormonal sisteminə, insanın psixikasına çox ciddi ziyan vurur.

Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, Azərbaycanın bir çox rayonlarında (xüsusilə dağ rayonlarında) yod çatışmazlığı müşahidə olunur. Bu səbəbdən mütəxəssislər qidalanmada yodlaşdırılmış duzdan istifadə etməyi tövsiyə edirlər.

Lakin nəzərə almaq lazımdır ki, bəzi insanlara yodlaşdırılmış duz ziyan vura bilər. Tanınmış Rusiyalı həkim-diyetoloq Yelena Solomatina medikforum-a bildirib ki, bəzi qalxanvari vəzi xəstəlikləri (el arasında - "zob xəstəlikləri") zamanı yodlaşdırılmış duz insanın sağlamlığına ciddi ziyan vura, vəziyyətini daha da ağırlaşdıra bilər.

Bu səbəbdən qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlər yodlaşdırılmış duzun qəbulu ilə bağlı endokrinoloqla məsləhətləşməlidir.


22 Avq 2019
Səhiyyə - Sağlamlıq

Qanda rezus faktoru gözlənilmədən dəyişə bilər

İnsan qanı təkcə qruplara (I, II, III və ya IV qan qrupu), eləcə də rezus faktoruna görə (müsbət və ya mənfi) təsnif olunur.

21 Avq 2019
Səhiyyə - Sağlamlıq

UŞAQLARDA RAST GƏLİNƏN QURD XƏSTƏLİKLƏRİ.

İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Qurd xəstəliyi istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən problemdir. Uşaqlar əsasən 3-12 yaşlarında bu xəstəliyə yoluxurlar.

21 Avq 2019
Səhiyyə - Sağlamlıq

Günvurmanın SİMPTOMLARI və YARDIM. Bunu hər kəs bilməlidir!

İsti havada günvurma halları artır. Günvurma çox ciddi pozulma sayılır ki, vaxtında lazım olan tədbirlər görülməzsə insan hətta həyatını itirə bilər.

21 Avq 2019
Səhiyyə - Sağlamlıq

Nurofen uşaq şamlarına qadağa qoyuldu - Tələblərə cavab vermir

Rusiya Səhiyyə Nazirliyinin rəsmi dərman preparatları reyestrində Nurofen uşaqlar üçün rektal şamların istifadəsinin dayandırlması barədə məlumat yerləşdirilib.

20 Avq 2019
Səhiyyə - Sağlamlıq

KİÇİK QURDUN BÖYÜK FƏSADLARI.

Müasir dövrdə insanların tez-tez rastlaşdığı xəstəliklərdən biridə qurd invaziyalarıdırr. İndiyə qədər insan orqanizmində xəstəlik törədən 250-yə qədər qurd növü aşkar edilmişdir. Onlardan 65-i ölkəmizdə qeydə alınmışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər il dünya əhalisinin 50%- dən çoxu qurd xəstəliklərinə yoluxur. Yoluxmanın 70-80%-ni uşaqlar təşkil edir.