“Qarabağ” komandaya qoşulmayan futbolçu ilə yollarını ayırdı

“Qarabağ” komandaya qoşulmayan futbolçu ilə yollarını ayırdı
16 İyul 2019 15:25


“Qarabağ” haitili futbolçu Donald Qerye ilə yolları ayırıb.

Realpress.az xəbər verir ki, Haiti millisi ilə “Qızıl Kubok” (Gold Cup) turnirində iştirak edən futbolçu klubla razılaşdırılmış vaxtdan sonra komandasının təlim-məşq toplanışına qayıtmayıb.

Bundan başqa, o, Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın “Partizani” ilə görüşündə iştirak etməyib. Bu səbəbdən də Ağdam klubu futbolçu ilə yolları ayırmaq qərarı verib.

Qeyd edək ki, tam adı Vild-Donald Qerye olan 30 yaşlı sol cinah futbolçusu 2017-ci ilin iyulun 6-da “Qarabağ”la iki illik müqavilə bağlamışdı. Bu ay müqaviləsi başa çatsa da, ötən ilin iyununda klub onunla daha bir illik müqaviləyə qol çəkmişdi.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.