Ermənilər “Köçəri” oynadı, azərbaycanlılarla qarşıdurma yarandı - VİDEO

Ermənilər “Köçəri” oynadı, azərbaycanlılarla qarşıdurma yarandı - VİDEO
15 İyul 2019 15:17


İyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları Festivalında azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib. 

Realpress.az xəbər verir ki, bununla bağlı Erməni Araşdırmaları - tədqiqat və tədris mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. 

O bildirib ki, Ermənistanı təmsil edən “Kafkaz” rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan “Köçəri” və “Gözəlim sənsən” xalq mahnısını ifa edərkən, tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar buna etiraz əlaməti olaraq Azərbaycan bayrağını qaldırıb və rus dilində yüksək səslə “Bu, Azərbaycan mahnısıdır, ar olsun sizə!” sözlərini deyiblər. 

“Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırıblar. Yerlərdən səs-küy salan bir qrup erməni qadınlar isə öz saxta tarixləri ilə azərbaycanlılara “dərs” verməklə yanaşı, həm də təhqir etməyə başlayıblar. Onlar “Eybəcərlər, axmaqlar! Bizim 300 min illik tariximiz olanda siz haradaydınız?” deyə qışqırıblar.

Bununla da qarşıdurma başlanıb. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poqosyanın dediyinə görə, naəlac qalan ermənilərin yardımına polis qrupu gəlib, azərbaycanlıların bir neçəsi saxlanılıb”, - İ.Tanrıverdi deyib.

Samir İsayev

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.