Süni intellekt fırıldaqçılıqla mübarizə aparacaq

Süni intellekt fırıldaqçılıqla mübarizə aparacaq
12 İyul 2019 12:02

"SAS" şirkəti və Oğurluq və Fırıldaqçılığın Araşdırılması üzrə Sertifikatlaşdırılmış Mütəxəssislər Assosiasiyası (ACFE) tədqiqat apararaq getdikcə daha çox şirkət və təşkilatın süni intellekt və kompüter təlimi əsasında mühafizə həlləri tətbiq edəcəyini açıqlayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews www.servernews.ru" resursuna istinadən yazır ki, söhbət fırıldaqçılıqla mübarizə üçün nəzərdə tutulan yeni nəsil alətlərdən gedir. Süni intellekt texnologiyaları və kompüter təlimi cinayətkar sxemlərin aşkarlanması və risklərin proqramlaşdırılması effektivliyini artırmağa imkan verəcək.
 
Hazırda süni intellekt və kompüter təlimi əsasında fırıldaqçılıqla mübarizə (anti-fraud) alətlərini təşkilatların təqribən 13 faizi tətbiq edir. Tədqiqatda iştirak edən şirkətlərin daha 25 faizi bu texnologiyaları yaxın 1-2 il ərzində tətbiq etməyi planlaşdırır. Beləliklə, 2021-ci ilədək təşkilatların 40 faizi fırıldaqçılıqla mübarizə üçün süni intellekt və kompüter təlimindən istifadə edəcək.  
 
Hazırda əksər təşkilatlar daha çox klassik alətlərdən (məsələn, Microsoft Office) istifadə edilməklə əsas fırıldaqçılıq hadisələri üzrə əvvəlcədən tərtib olunmuş hesabatlardan istifadə edir. Bu, tədqiqatın əhatə etdiyi şirkətlərin 64 faizi üçün standart alətdir. Populyarlığına görə ikinci yerdə ekspert biznes qaydalarından istifadə edilməklə avtomatik monitorinq qərarlaşıb – onu təşkilatların 54 faizi tətbiq edir. Liderlər üçlüyünü "Business intelligence" (BI) alətlərindən istifadə edilməklə məlumatların vizual tədqiqi tamamlayır (35 faiz).
 
2021-ci ilədək təşkilatların 72 faizinin fırıldaqçılıqla mübarizə üçün avtomatik məlumat monitorinqi, avtomatik anomaliya aşkarlanması və s. istifadə edəcəyi gözlənilir. Prediktiv analitikadan (Predictive Analytics) isə təşkilatların 52 faizində istifadə nəzərdə tutulur.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.