Bakı metrosunda təhlükəli anlar – Yeni qatarın qapıları açılmadı, sərnişinlər təşviş yaşadı

Bakı metrosunda təhlükəli anlar – Yeni qatarın qapıları açılmadı, sərnişinlər təşviş yaşadı
12 İyul 2019 09:00

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb.

Realpress.az "report"a istinadən xəbər verir ki, "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb.

Qatarın boşaldılmasına səbəb vaqonlardan birinin qapısının açılmaması olub.

Təxminən 5 dəqiqə ərzində maşinistin qapını açıb-bağlamaq cəhdləri boşa çıxdıqdan sonra sərnişinlər saat 08:01-də boşaldılıb. Təxminın saat 08:04-də qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin.

Bu zaman isə qapılar birdən bağlanıb və sərnişinlər qapı arasında qalıb. Polislərin və digər sərnişinlərin köməyi ilə qapıları aralayaraq sərnişinlər çıxarılıb.

Qeyd edək ki, bu hadisə ötən ay paytaxta gətirilən və bu ay istismara verilən yeni qatarlarda baş verib. 

19 İyul 2019
Cəmiyyət

Qəbul imtahanlarının nəticələri - Bir nəfər maksimum bal topladı

Qəbul imtahanlarının nəticələri - Bir nəfər maksimum bal topladı

19 İyul 2019
Cəmiyyət

Pirşağıda gənclərin boğulması ilə bağlı YENİ MƏLUMAT - FOTO (YENİLƏNİB)

Dünən Bakının Pirşağı qəsəbəsi çimərliyində baş verən faciə ilə bağlı yeni faktlar üzə çıxıb.

19 İyul 2019
Cəmiyyət

Bulvar idarəsindən ilan VİDEOsuna REAKSİYA

Bakı Bulvar İdarəsi bulvar ərazisində ilanların olması ilə bağlı məsələyə aydınlıq gətirib.