“Onu görəndə özümü unuduram” - Əri “Toppuş bacı” haqda

“Onu görəndə özümü unuduram” - Əri “Toppuş bacı” haqda
11 İyul 2019 15:15

5 il əvvəl mən ailə quranda sual verirdilər ki, sevib ailə qurmusan, yoldaşını sevirsən? Onu ilk gördüyüm gün anladım ki, bu xanım körpəmin anası olmalıdır!

Realpress.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə yazıb.

O, sənətçi ilə evliliklərinin beşinci ilində həyat yoldaşı ilə bağlı təəssüratlarını bölüşüb:

"Biz bir yerdə işləyirdik, hər gün ona bir gül alıb qarşısında dayanırdım. Bir gün cəsarətimi topladım və onu tanımaq istədiyimi söylədim, sağ olsun ki, təklifimi yerə salmadı. Beləcə, ilk addımı atmış olduq. Və mən aşiq olduğumu anladım. Onu görəndə hər şeyi unudurdum, hətta özümü belə... Bir gün qalan həyatımızı birlikdə keçirməyi təklif etdim, çünki o mələyin daima yanımda olmasını istəyirdim. Evlilik təklifimi qəbul etdi və biz evləndik. Beləliklə, ikimiz yeni bir həyata başladıq. Bu insan bütün ömrünü mənə həsr etdi, yalnız mənim üçün yaşadı. Çətin anlarda belə mənə deyirdi ki, Röyal yemək ye, istirahət et, yorma özünü. Belə bir mələyi necə sevməmək olar, belə bir insana necə valeh olmamaq olar? Bəlkə də zaman-zaman onu üzdüm, amma o, məni əsla üzmədi. Evləndiyimiz gündən bəri yalnız bir gün ayrı qalmışıq. Bir də xəstələnəndə.

O, mənə özü kimi mələk bəxş etdi və məni dünyanın xoşbəxti etdi. Ona hər gün bir daha çox aşiq oluram, hər gün yenidən tanış olmuş kimi sevgim bir qədər də artır. Çox şanslı kişiyəm ki, belə bir həyat yoldaşım var. Bu gün evliliyimizin 5 ili tamam oldu, səni çox sevirəm, nə yaxşı ki, varımsan. Bu sevgidən saatlarla yaza və danışa bilərəm, səni çox sevirəm, hər şeyim".

Qeyd edək ki, T.Əliyeva hazırda onkoloji xəstəlikdən əziyyət çəkir.

17 İyul 2019
Şou-biznes

“Həddinizi aşdınız!” - “ATV maqazin onlarla” da qalmaqala qoşuldu

"Görəsən, Brillinat Dadaşovanın dərdi səri nədir? Xanım Dadaşova statusları ard-arda düzüb.Sual verəndə isə eşitmir, amma efirdə deyilənlər qulağına yaxşı çatır".

17 İyul 2019
Şou-biznes

Məşhurlar 2050-ci ildə necə görünəcək? - FOTO

Son günlərdə sosial şəbəkə istifadəçiləri arasında yeni trend yayılıb.

17 İyul 2019
Şou-biznes

Xalq artistləri Mirzə Babayevin doğum günündə qalmaqal yaratdı - VİDEO

İllərdir küsülü olan xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasından soyuq müharibə hələ də davam edir.