Yalçın Rzazadə təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti kritikdir

Yalçın Rzazadə təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti kritikdir
11 İyul 2019 13:21


Xalq artisti Yalçın Rzazadənin səhhəti qəflətən pisləşib. 

Müğənninin oğlu Yusif Rzazadə atasının səhhətində yaranmış problemlərlə bağlı realpress.az-a açıqlama verib:

“Atam hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındadır. Üç gündür səhhəti heç də yaxşı deyil. Hazırda həkimlər atamın vəziyyətini normallaşdırmağa çalışırlar. Gözlərinin içi sapsarıdır. Qanında zəhərlənmə aşkarlanıb. Ürəyində problemlər var”.

Qeyd edək ki, Yalçın İmran oğlu Rzazadə 31 dekabr 1946-cı ildə Bakıdan anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Xalq Artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir. Evlidir, üç övladı var. 


17 İyul 2019
Şou-biznes

“Həddinizi aşdınız!” - “ATV maqazin onlarla” da qalmaqala qoşuldu

"Görəsən, Brillinat Dadaşovanın dərdi səri nədir? Xanım Dadaşova statusları ard-arda düzüb.Sual verəndə isə eşitmir, amma efirdə deyilənlər qulağına yaxşı çatır".

17 İyul 2019
Şou-biznes

Məşhurlar 2050-ci ildə necə görünəcək? - FOTO

Son günlərdə sosial şəbəkə istifadəçiləri arasında yeni trend yayılıb.

17 İyul 2019
Şou-biznes

Xalq artistləri Mirzə Babayevin doğum günündə qalmaqal yaratdı - VİDEO

İllərdir küsülü olan xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasından soyuq müharibə hələ də davam edir.