Bakıda külək güclənəcək, rayonlara yağış yağacaq

Bakıda külək güclənəcək, rayonlara yağış yağacaq
11 İyul 2019 13:18

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Realpress.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq.

Abşeron çimərliklərində cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 12-də hava əsasən yağmursuz keçəcək, lakin gün ərzində bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.


17 İyul 2019
Cəmiyyət

Bu il Azərbaycanda narkotiklərlə bağlı 2553 fakt aşkarlanıb, 1687 nəfər məsuliyyətə cəlb olunub

Bu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2553 fakt aşkar edilib.

17 İyul 2019
Cəmiyyət

Ay AMEA-nı “pis vəziyyətdə qoydu” - Rəsədxana bir şey deyir, Akademiya başqa şey

Ay AMEA-nı “pis vəziyyətdə qoydu” - Rəsədxana bir şey deyir, Akademiya başqa şey

17 İyul 2019
Cəmiyyət

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 1487-ci ilin 17 iyul tarixində Ərdəbil şəhərində anadan olub.

17 İyul 2019
Cəmiyyət

Bakıda bu məktəblər sökülür – SİYAHI – FOTO

Bakı məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Hazırda 6 məktəbdə təmir-tikinti işləri aparılır, 1 məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, 6 məktəbdə isə mövcud binlaların və köhnə korpusların yenilənməsi, əlavə korpusun tikintisi işləri planlaşdırılır.