“iOS” və “Android” sistemləri üçün virus aşkar edilib

“iOS” və “Android” sistemləri üçün virus aşkar edilib
11 İyul 2019 11:46

Mobil qurğuda istifadəçinin bütün hərəkətlərini izləməyə imkan verən "FinSpy" casus proqram təminatının aktivliyi haqqında məlum olub.
 
"Kasperski Laboratoriyası"ndan bildirilib kimi, proqram şifrləmədən istifadə edən messencerlərdən ("Telegram", "WhatsApp", "Signal" və "Threema") məlumatları toplaya bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "IOS" sisteminin idarəetməsi altında işləyən qurğularda virus müdaxilənin izlərini gizlətmək qabiliyyətinə malikdir, "Android" üçün versiya isə super istifadəçi hüquqları ala bilən və "root" hüquqlar olmadan qurğuda əməliyyatlar yerinə yetirən eksployta malikdir.
 
Zərərverici proqram müxtəlif tip istifadəçi məlumatlarını toplaya bilər: kontaktlar, elektron məktublar, SMS, təqvim yazıları, GPS, şəkillər, saxlanılmış fayllar və səsli zənglər. "FinSpy" proqram təminatının hər bir zərərverici nümunəsi konkret qurban və ya qurbanlar qrupu üçün sazlanıla bilər.
 
"FinSpy" proqram təminatının qurbanına çevrilməmək üçün mobil qurğunu bloka salmaq, parolu heç kimə söyləməmək, proqram təminatını yalnız rəsmi mağazadan quraşdırmaq, şübhəli linklərə keçməmək lazımdır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.