Vilayət Eyvazovdan Bakı polisinə xüsusi tapşırıq

Vilayət Eyvazovdan Bakı polisinə xüsusi tapşırıq
10 İyul 2019 17:15

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun konkret tapşırıq və tövsiyələrini polis əməkdaşlarına çatdırıb.

Realpress.az xəbər verir ki, BŞBPİ-də cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirədə çıxış edən M.Seyidov deyib ki, paytaxt polisi bundan sonra da şəhər ərazisində cinayətkarlıqla qətiyyətli mübarizəni əzmlə davam etdirəcək.

O, Bakı polisinin sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcəyi barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyini, şəxsən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovu əmin edib.

Müşavirədə qeyd olunub ki, vətəndаşlаrın ərizə və şikаyətlərinə bахılmаsı, оnlаrın qəbulu işi ciddi nəzarətdə saxlanılmaqla 913 vətəndaş qəbul edilib: "Müraciətlərin 2230 Nаzirliyin və Bаş İdаrənin rəhbərliyi tərəfindən nəzаrətə götürülüb".

Məruzə ətrafı çıxışlarda BŞBPİ-nin və rayon polis idarələrinin rəisləri əldə olunan müsbət nəticələrlə yanaşı, əməliyyat-xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyinə söz veriblər.

Baş İdarə rəisi paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki dövrlə müqayisədə xeyli azaldığını xüsusi vurğulayıb.

O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, nöqsanların aradan qaldırılması yollarını göstərib. 

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.