İranda “Bitcoin” qadağan edildi

İranda “Bitcoin” qadağan edildi
10 İyul 2019 10:25

İran "Bitcoin" ilə aparılan əməliyyatları qadağan edib.

Realpress.az TRT-yə istinadən xəbər verir ki, İran Mərkəzi Bankının sədr müavini Nasir Hakimi "Bitcoin"in qiymət dəyişikliyi çox yüksək olduğu üçün hüquqi risklər daşıdığını söyləyib.

O, bu səbəbdən vətəndaşların bu “oyuna” girməməsini tövsiyə edib. Hakimi "Bitcoin" istehsalının isə hələ qadağan olunmadığını sözlərinə əlavə edib.

Malların və xarici valyutanın qaçaqmalçılığına qarşı mübarizə idarəsinin rəhbəri Əli Mueyyidi isə qərara əməl etməyənlərin ciddi cəzalar ilə qarşı-qarşıya qalacaqlarını deyib.

Qeyd edək ki, ABŞ-ın sanksiyaları səbəbindən beynəlxalq ticarətlə bağlı böyük problemlərin hökm sürdüyü İranda “Bitcoin”lə edilən əməliyyatlarda artım qeydə alınıb.


18 İyul 2019
Dünya

İran yenə silkələndi - 4,2 bal

İranın cənub-qərbində zəlzələ olub.

18 İyul 2019
Dünya

Rusiyada Atom Elektrik Stansiyasında yanğın baş verdi

Rusiyada atom elektrik stansiyasında (AES) qəza baş verib.

18 İyul 2019
Dünya

Səfirin öldürülməsi cinayəti ilə bağlı TRT-nin 6 işçisi saxlanıldı

19 dekabr 2016-cı ildə Rusiyanın Ankaradakı səfirini Adnrey Karlovun güllələnməsi ilə bağlı görüntünün TRT-də yayımlanması ilə bağlı aparılan istintaq çərçivəsində kanalda əməliyyat keçirilib.