“Bakı Telefon Rabitəsi” MMC tərəfindən 24 min mənzil optik şəbəkəyə keçirildi

“Bakı Telefon Rabitəsi” MMC tərəfindən 24 min mənzil optik şəbəkəyə keçirildi
09 İyul 2019 12:08

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərində telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinin beynəlxalq standartlarla  təqdim edilməsi istiqamətində yaşayış binalarının optik şəbəkəyə keçidi prosesini davam etdirir.
 
Aprel ayından etibarən “Evədək optika” layihəsinin ikinci mərhələsi üzrə Yasamal, Xətai, Nizami, Sabunçu və Qaradağ rayonlarında yerləşən köhnə və yeni tikililərdəki 24 min mənzildə müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənib.
 
 İnternet avadanlıqlarla pulsuz təmin olunan sakinlər keyfiyyətli multimedia xidmətlərinə qoşulub.
 
Sakinlər üçün bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəyə imkan yaradılıb.
 
Qeyd edək ki, “Evədək optika” layihəsi tətbiq olunan yaşayış binalarında məlumat lövhələri yerləşdirilərək sakinlər öncədən məlumatlandırılır. Onların sürətlə qeydiyyata alınmasına və optik şəbəkəyə çıxışına imkan yaradılır. Eyni zamanda paytaxt sakinləri 24/7 fəaliyyət göstərən “155” Vahid Çağrı Mərkəzinə zəng etməklə ünvan üzrə layihənin əhatə dairəsi haqqında məlumat əldə edə bilərlər.
 
Məlumat üçün bildirək ki, ilin sonunadək 150 minlik optik infrastruktur istifadəçilərin istismarına təqdim olunacaq.


18 İyul 2019
İT

Xəstəliklərin səbəbini aradan qaldırmaq üçün robot hazırlanıb

Miniatür qurğu kənar hərəkətin (məsələn, ultrasəs) hesabına hərəkətə gəlir. Gələcəkdə belə robotlar orqanizmin vəziyyətini izləyəcək və dərmanları lazımi yerlərə dəqiq çatdıracaqlar.  

18 İyul 2019
İT

“OneWeb” kosmik internetində məlumatlar 400 Mbit/saniyə sürətlə ötürülüb

Böyük Britaniyanın “OneWeb” şirkəti kosmik internetin ilk sınağının nəticələrini dərc edib. Bağlantı bir müddət əvvəl aşağı orbitə çıxarılan peyklər vasitəsilə qurulub. Peyklər qruplaşması perspektivdə planetin istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin edəcək.

18 İyul 2019
İT

Avropada “Amazon” şirkəti ilə bağlı təhqiqat aparılır

Avropa Komissiyası “Amazon” şirkəti ilə bağlı antiinhisar təhqiqatına başlayıb. Tənzimləyici orqan internet nəhənginin “Amazon.com” saytından istifadə edən kənar satıcıların məlumatlarından necə istifadə etməsi ilə maraqlanır.  

18 İyul 2019
İT

Antalyada azərbaycanlı ailənin olduğu avtobus dərəyə aşdı

Antalyada azərbaycanlı ailənin olduğu avtobus dərəyə aşdı

18 İyul 2019
İT

Ən aktiv zərərverici proqramlar müəyyənləşdirilib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllər istehsalçısı olan “Check Point Software Technologies” ən aktiv kibertəhdidlərə həsr edilmiş yenilənmiş araşdırmasını dərc edib.