“Azərbaycan millisinin Avropa çempionatına vəsiqə qazanacağına ümid edirəm” - UEFA rəsmisi

“Azərbaycan millisinin Avropa çempionatına vəsiqə qazanacağına ümid edirəm” - UEFA rəsmisi
09 İyul 2019 11:48

UEFA-nın icraçı direktoru Martin Kallen Rusiyanın RT telekanalına müsahibə verib.

Realpress.az komanda.az-a istinadən xəbər verir ki, UEFA rəsmisi müsahibəsində AÇ-2020-nin final mərhələsinin bir neçə oyununun Bakıda keçirilməsindən də danışıb:

"AÇ-2020-nin Avropanın bir neçə ölkəsində keçirilməsi kiçik milli federasiyalarda futbolun inkişafına təkan verəcək. Loqistika ilə bağlı problem yaranmaması üçün oyunlar yaxın şəhərlərdə keçiriləcək. Sankt-Peterburq Kopenhagenlə bağlıdır. Rusiya iki oyununu burda, Danimarka isə orda keçirəcək. Onların rəqibləri isə bu iki şəhər arasında səfər edəcəklər. Bizim sxemə görə, Bakı Roma bilə bağlıdır. Azərbaycan millisinin Avropa çempionatına vəsiqə qazanacağına ümid edirəm. Bu baş verməsə, İtaliya millisi hər üç oyunu evində keçirəcək".

Kallen Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə bağlı yaranan tənqidi fikirlərə də münasibət bildirib:

"Eyni şəhərin iki komandasının ("Arsenal" və "Çelsi") finala çıxacağını heç kim gözləmirdi. Belə bir şeyin baş vermə ehtimalı minimal idi. Azərbaycan UEFA-nın bir üzvü kimi işinin öhdəsindən çox yaxşı gəldi. Bəli, şəhər qitənin uzaq küncündə yerləşir və ora getmək elə də asan deyil. Bunu başa düşürdük və belə oyunun təşkilini Mərkəzi Avropadan kənarda yerləşən bir ölkəyə həvalə etmək istəyirdik. Bakı Avropa çempionatının özünə aid hissəsini yüksək səviyyədə təşkil edəcək".

AÇ-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.