“Huawei” dünyanın “ağıllı” şirkətləri reytinqində birincidir

“Huawei” dünyanın “ağıllı” şirkətləri reytinqində birincidir
08 İyul 2019 14:32

Yüz iyirmi illik tarixə malik "MIT Technology Review" biznes jurnalı 50 "ağıllı" şirkətin reytinqini dərc edib. "TR50" adlı siyahıya sənaye nəhənglərindən tutmuş, gənc startaplaradək müxtəlif sahələri təmsil edən brendlər daxildir. Jurnalın reytinqi dünyanın ən nüfuzlularından hesab olunur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, siyahıda məşhur "Tesla", "Intel", "Bosch", "NVIDIA" ilə yanaşı, istehlakçılar arasında az tanınan bir sıra Çin şirkətlərinin yer alması maraq doğurur. Reytinqə isə son aylar adı çoxlu qalmaqallarda hallanan "Huawei" şirkəti başçılıq edir.
 
"MIT Technology Review" reytinqini şərh edən şirkətin Direktorlar Şurasının üzvü Uilyam Syun bildirib ki, son 30 ildə "Huawei" əsasən texniki və mühəndis innovasiyaları, eləcə də müştərilərin tələbatına əsaslanan həllərdə innovasiyalar tətbiq edib. "Biz bunu "1.0 innovasiyaları" adlandırırıq. Gələcəkdə "Huawei" nəzəri irəliləyiş və kəşflərə aid "2.0 innovasiyaları" ilə məşğul olacaq. Şirkət hərtərəfli inkişafa çalışır. İnnovasiyaların kəşfi dünya ekspertləri ilə əməkdaşlıq deməkdir. Bu prosesdə resurs və imkanlar ümumi olur, faydadan isə bütün insanlar və sahələr yararlanır", – "Huawei" təmsilçisi qeyd edib.
 
Jurnal redaksiyası Çinin elektronika istehsalçısını kəşflər sahəsində innovator kimi qeyd edərək onu nəzəri inkişafda çoxlu təkliflərlə çıxış edən şirkət və hərtərəfli inkişaf edən brend adlandırıb.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.