3 DƏFƏ DAHA ÇOX ÖLÜM HALLARI: STRESS NİYƏ TƏHLÜKƏLİDİR.

3 DƏFƏ DAHA ÇOX ÖLÜM HALLARI: STRESS NİYƏ TƏHLÜKƏLİDİR.
05 İyul 2019 17:26

3 DƏFƏ DAHA ÇOX ÖLÜM HALLARI: STRESS NİYƏ TƏHLÜKƏLİDİR.

 Realpress.az Aptekonline.az-a istinadla bildirir ki,Stress -  bizi narahat edən neqativ hadisələrə qarşı psixikanın təbii müdafiə reaksiyasıdır. Lakin çoxlu miqdarda mənfi halların toplanması sinir pozğunluqlarına gətirib çıxara bilər. Müasir həyat tərzi yüksək stressə davamlılıq tələb edir. Davamlı stress çox təhlükəlidir, belə ki, nevroza, depresiyyaya gətirib çıxara bilər.

Stressin əsas yaranma səbəbləri. Stressi istənilən bir şey yarada bilər. Stress müəyyən tip insanlar – keçmişə çox bağlı, gələcək barədə isə hədsiz narahat olanlar üçün xüsusilə təhlükəlidir.  Profilaktik kardiologiya üzrə Avropa jurnalında dərc olunmuş tədqiqatlar sübut edir ki, stress və yuxusuzluq hipertoniyadan əziyyət çəkən insanlarda ürək damar sistemi xəstəliklərindən olüm riskini 3 dəfə artırır. Müəyyən olunub ki, bir neçə il ərzində davam edən stress və pis yuxu nəticə olaraq energetik resursların tükənməsinə və erkən ölümə gətirib çıxarır.

Stress zamanı müşahidə olunan əlamətlər. Hədsiz qıcıqlanma hissi, qərar qəbul etməkdə çətinlik çəkmə, yumor hissinin itməsi, gizli qəzəb, diqqət pozğunluqları, qarşıya qoyulmuş məsələləri sonadək həll edə bilməmək qorxusu, ətrafdakıların düşmən mövqedə olması barədə yalnış mühakimə, hər bir xırda problemə görə göz yaşları, işdən kənar həyata marağın itməsi, yuxudan oyanan zaman əzginlik hissi, daimi yorğunluq.

Müalicə və profilaktika yolları.  Sinir gərginliyini müalicə etmək lazımdır və bu vacibdir. Stressin erkən mərhələlərində güclü təsirə malik olan dərmanlarsız da keçinmək olar. Bu mərhələlərdə  massaj və vannalar, həmçinin həyat tərzi və adətlərin dəyişdirilməsi, vitaminlərlə zəngin qidalarla qidalanma, fitoterapiya, yüngül sakitləşdirci preparatlar, aromaterapiya kimi prosedurlar yaxşı effekt verir. Əgər stress artıq insanı bütünlüklə öz əlinə almışsa, o halda mütləq psixoterapiyaya müraciət etmək lazımdır. Əgər stress artıq depressiyaya çevrilibsə ciddi dərman müalicəsinə ehtiyac vardır. Bu hallarda mütləq həkim nəzarəti altında antidepressantlar, trankvilizatorlar, neyroleptiklər qəbul etmək lazımdır. Gərginliyi azaltmaq və sakitləşmək üçün sakitləşdirici təsirə malik fitopreparatlardan da istifadə etmək mümkündür. Bir sıra bitki ekstraktları yüngül sakitləşdirici təsirə malikdirlər. Stress zamanı istifadə olunan fitovasitələrin tərkibinə əsasən, damotu, pişikotu, bədrənc, çobanyastığı, adaçayı kimi bitkilər daxildir.

Ümumilikdə, həyat tərzinin dəyişdirilməsi, düzgün qidalanma, fiziki bədən tərbiyəsi, istirahət, çətinlikləri aşmaq üçün özünə pozitiv vərdişlərin  aşılanması  adaptasiya olmaq qabiliyyətində köklü dəyişikliklərə və xroniki stressin acı nəticələrini aradan qaldırmağa gətirib çıxara bilər.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.