Millimiz Avroliqada mübarizəyə başlayır - İlk rəqib Rusiyadır

Millimiz Avroliqada mübarizəyə başlayır - İlk rəqib Rusiyadır
05 İyul 2019 15:31


Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün Avroliqada (Avropa Çimərlik Futbolu Liqası) ilk görüşünə çıxacaq.

Realpress.az xəbər verir ki, Zeynal Zeynalovun baş məşqçisi olduğu millimiz Portuqaliyanın Nazare adlı bölgəsində ilk görüşünü Rusiya ilə keçirəcək.

II Avropa Oyunlarında zəif çıxışla yadda qalan rusiyalılar Minski VI sırada tamamlayıb. Şimal qonşularımız Portuqaliyaya ikinci heyətlə gəlib. Bu səbəbdən komandamızın çətin rəqibi ilə görüşdən müsbət nəticə ilə ayrılmaq ehtimalı var.

Görüş bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, millimizin II qrupdakı digər rəqibləri İspaniya və Türkiyə yığmalarıdır.


16 İyul 2019
İdman

“Qarabağ” komandaya qoşulmayan futbolçu ilə yollarını ayırdı

“Qarabağ” komandaya qoşulmayan futbolçu ilə yollarını ayırdı

16 İyul 2019
İdman

Avropa Gənclər Olimpiya Festivalında ilk dəfə güləş yarışı Bakıda keçiriləcək

Avropa Gənclər Olimpiya Festivalında ilk dəfə güləş yarışı Bakıda keçiriləcək

16 İyul 2019
İdman

Çempionlar Liqasında cavab oyunları başlayır

Bu gün  Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

15 İyul 2019
İdman

Bakıdakı mötəbər yarışda 132 qızıl medal sahibini tapacaq

Bakıdakı mötəbər yarışda 132 qızıl medal sahibini tapacaq