Rafael Ağayevin finalda uduzmasının səbəbi...

Rafael Ağayevin finalda uduzmasının səbəbi...
01 İyul 2019 10:46

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karateçimiz Rafael Ağayevin finalda ukraynalı Stanislav Horunaya uduzması gözlənilməz olub.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, gümüş medalla kifayətlənməli olan 34 yaşlı millimizin lideri  "Minsk-2019"da tam gücü ilə çıxış edə bilməyib.

Belə ki, Rafael Ağayev bir ay əvvəl zədə alıb. Onun əzələsində 3-cü dərəcəli yırtıq aşkarlanıb. Bu səbəbdən "karatenin qara brilyantı" 25 gün heç bir idman hərəkəti etməyib. O, yalnız yarışa 4-5 gün qalmış məşq etmək gücündə olub.

Qeyd edək ki, 75 kq çəki dərəcəsində çıxış edən titullu karateçi "Minsk-2019"da mübarizəyə B qrupunda başlayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə yenən Ağayev Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib - 0:0. Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi finala vəsiqə uğrunda estoniyalı Pavel Artamonovu da mübarizədən kənarlaşdırıb. Finalda Stanislav Horunaya 0:4 hesabı ilə uduzan Ağayev mükafatlandırma mərasimində göz yaşlarını saxlaya bilməyib. 

18 İyul 2019
İdman

“Qarabağ”ın avrokuboklarda vurduğu 100-cü qol - VİDEO

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Partizani”ni 2:0 hesabı ilə məğlub edib.

16 İyul 2019
İdman

“Qarabağ” komandaya qoşulmayan futbolçu ilə yollarını ayırdı

“Qarabağ” komandaya qoşulmayan futbolçu ilə yollarını ayırdı

16 İyul 2019
İdman

Avropa Gənclər Olimpiya Festivalında ilk dəfə güləş yarışı Bakıda keçiriləcək

Avropa Gənclər Olimpiya Festivalında ilk dəfə güləş yarışı Bakıda keçiriləcək

16 İyul 2019
İdman

Çempionlar Liqasında cavab oyunları başlayır

Bu gün  Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.