Prezident daha bir aktrisaya ev verdi

Prezident daha bir aktrisaya ev verdi
26 İyun 2019 16:13


Azərbaycan Prezidenti İlham Əliyev Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Rzayevaya ev verib.

Bununla bağlı aktrisa “Instagram” hesabında məlumat verib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına! Möhtərəm cənab Prezident. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il keçir. Bu bayram münasibətilə Siz başda olmaqla, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlğımı bildirirəm. 

Əziz Prezidentim! Allah Sizi rəhbərliyiniz altında daim irəli gedərək, günü-gündən inkişaf edən Azərbaycanımızın, Azərbaycan xalqının və dövlətimizin başı üzərindən əskik etməsin. Siz bütöv Azərbaycan xalqının ümid yerisiniz. Bu xalqın bir nümayəndəsi kimi mən də Sizinlə qürur duyur və fəxr edirəm.

Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!” - V.Zeynalova yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə də ev hədiyyə edib. Bu barədə sənətçi ötən gün sosial şəbəkədə məlumat yayıb.  


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.