Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. O, arzusuna çatdı.
Realpress.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetin rektoru Elçin Babayev görkəmli alimi və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovla keçirilən vida mərasimində bildirib.
E.Babayev vurğulayıb ki, Ş.Hüseynov yüzlərlə jurnalistin ustadı olub:
“O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından biri idi. Azərbaycan dövləti onun zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd müəllim özündən sonra heç bir zaman unudulmayacaq tarixi iz qoydu”.
Qeyd edək ki, Ş.Hüseynovla vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.
Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.
2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.
Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.
“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.