Azərbaycanın Avropa Oyunlarında medallarının sayı 11-ə çatdı - YENİLƏNİB

Azərbaycanın Avropa Oyunlarında medallarının sayı 11-ə çatdı - YENİLƏNİB
25 İyun 2019 09:02


Azərbaycanın medal qazanmağa sonuncu namizədi Uşanqi Kokauri həlledici görüşdə büdrəyib.

Realpress.az xəbər verir ki, bununla da Azərbaycan cüdoçuları II Avropa Oyunlarının fərdi yarışlarında mübarizəni başa vurub.

Komandamız fərdi yarışlarda beş medal – bir gümüş və dörd bürünc medal qazanıb. Cüdo hələ ki Azərbaycana Minskdə ən çox medal qazandıran idman növüdür. 

Qeyd edək ki, sabah cüdo millimiz qarışıq komanda yarışlarına qatılacaq. Komandamızın rəqibi Fransa cüdoçuları olacaq.

19:56

Azərbaycan cüdoçusu İrina Kindzerskaya II Avropa Oyunlarında ölkəmizə növbəti bürünc medalı qazandırıb. 

Oxu.Az-ın-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən Kindzerskaya üçüncü yer uğrunda görüşdə həmyerlisi olan ukraynalı Qalina Tarasovaya cərimə xalları hesabına qalib gəlib.

Bu, Azərbaycanın Avropa Oyunlarında 11-ci medalı olub. Medallardan beşini - bir gümüş, dörd bürünc medalı cüdoçular əldə edib.

19:19

Azərbaycan cüdoçusu Elmar Qasımov II Avropa Oyunlarında 10-cu medalımızı qazanıb. 

Oxu.Az-ın-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq çəkidə yer alan Elmar Qasımov üçüncü yer uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçi ipponla yenib.

16:07

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışları davam edir.

Oxu.Az-ın-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Məmmədəli Mehdiyev (-90 kq) belaruslu idmançının ardından fransalı rəqibini də məğlub edib.

Ancaq o, türkiyəli rəqibinə uduzub. Təsəlliverici yarışda isveçrəli rəqibini ippona salan idmançımız axşam seansında bürünc medal üçün güləşəcək.

Vaxtilə Ermənistanda Azərbaycan himnini səsləndirmiş Elmar Qasımov (-100 kq) ukraynalı cüdoçunun ardından estoniyalı rəqibini yensə də, fransalı idmançı ilə bacarmayıb. O, təsəlliverici yarışda monteneqrolu rəqibini məğlub edib. İdmançımız bürünc medal üçün mübarizə aparacaq.

Bu çəkidə digər idmançımız Zelim Kostoyev isə serbiyalı rəqibinə qalib gəlsə də, 1/8 finalda Belçika təmsilçisinə uduzaraq mübarizəni dayandırıb.

Gürcüstanlı legionerimiz Uşanqi Kokauri (+100 kq) sloveniyalı və hollandiyalı rəqiblərini məğlub edib. O, yarımfinalda rusiyalı İnal Tasoyevə uduzaraq, bürünc medal görüşünə çıxacaq.

Ukraynalı legionerimiz İrina Kindzerskaya (+78 kq) almaniyalı və britaniyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda ev sahibi idmançısı Marina Slutskayanın sona 13 saniyə qalmış vaza-ari fəndinə düşüb və uduzub.

13:15

Azərbaycan idmançıları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarına inamla başlayıblar.

Oxu.Az-ın-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Azərbaycan yığmasının beş cüdoçusu qüvvəsini sınayır.

100 kq çəki dərəcəsində mübarizə aparan iki təmsilçimiz 1/16 final qarşılaşmalarını keçirib. Elmar Qasımov Anton Savitskiyə (Ukrayna) qalib gəlib. Onun 1/8 finaldakı rəqibi estoniyalı Qriqori Minaşkin olacaq.

Eyni çəkidə çıxış edən Zelim Kotsoyev isə Boyan Doşen (Serbiya) ilə qarşılaşıb. Qələbə qazanan təmsilçimiz 1/8 finalda belçikalı Toma Nikiforovla üz-üzə gələcək.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda İqor Varapayevlə (Belarus) görüşüb. Qalib gələn cüdoçumuz 1/8 finalda fransalı Orelian Dyes ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu gün daha iki idmançımız tatami üzərinə çıxacaq. 1/8 finaldan yarışa qatılacaq Uşanqi Kokauri (+100 kq) Vinçentso Vito Draqiçlə (Sloveniya), qadın cüdoçumuz İrina Kindzerskaya (+78 kq) Yasmin Külbs (Almaniya) - Səbile Akbulut (Türkiyə) cütünün qalibi ilə görüşəcək.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.