Bill Geyts ən böyük səhvini açıqladı

Bill Geyts ən böyük səhvini açıqladı
24 İyun 2019 15:30


Karyeramda ən böyük səhvim bazarda yalnız “Apple” şirkətinin iOS əməliyyat sistemi ilə rəqabət aparan “Android” sisteminin “Google” korporasiyası tərəfindən alınmasına və inkişafına imkan verməyim olub.

TASS agentliyinin xəbərinə görə, bunu “Microsoft” şirkətinin qurucusu Bill Geyts sərmayədarlarla görüşdə deyib.

Onun sözlərinə görə, dünyada proqram təminatı, xüsusilə əməliyyat sistemləri bazarları “qalib hər şeyi alır” prinsipi ilə işləyir:

“Buna görə də hesab edirəm ki, ən böyük səhvim müəyyən səbəbə görə “Microsoft”un “Android” kimi olmasına nail ola bilməməyimdir”.

B.Geytsin fikrincə, “Microsoft” təbii yolla qalib gələ bilərdi:

“Bazarda “Apple”dan olmayan təkcə bir əməliyyat sistemi üçün yer var. Bilirsinizmi, bunun dəyəri nə qədərdir? 400 milyard dollar. Bu vəsait “Google” şirkətindən “Microsoft” şirkətinə keçə bilərdi”.

Xatırladaq ki, “Android” əməliyyat sistemi ilkin olaraq eyniadlı şirkət tərəfindən hazırlanırdı. “Google” 2005-ci ildə onu 50 milyon dollara satın aldı.

“Google” internet-axtarış və reklam texnologiyalarına sərmayə yatıran, eləcə də onlayn servislərin və yüksək texnoloji məhsulların hazırlanması ilə məşğul olan korporasiyadır.

1975-ci ildə sahibkar B.Geyts və Pol Allen tərəfindən əsası qoyulan “Microsoft” müxtəlif qurğular üçün proqram təminatının istehsalı üzrə iri korporasiyadır.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.