REAL TV I Qarabağ müharibəsi illərinə dair arxivləri işıqlandırmaqda davam edir.
Kanalın “Mir Şahinin vaxtı” proqramı yenidən hərbi operator İlham Ələkbərovla birlikdə yaxın keçmişə səyahət edib.
Budəfəki proqramda Kəlbəcər rayonunun işğalı, həmin dövrdə cərəyan edən hadisələrdən bəhs olunub.
İ.Ələkbərov qeyd edib ki, 1993-cü il martın 26-dan, yəni Kəlbəcərin işğalına bir həftə qalmış rayonda vəziyyət olduqca acınacaqlı idi. İnsanlar öz doğma yurdlarını tərk etməyə məcbur qalmışdı.
Bununla belə, hərbi operator yaşlı insanların rayonu tərk etməsinə imkan yaradılmamasından, müxtəlif çətinliklərdən də danışıb.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.