NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” oldu

NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” oldu
20 İyun 2019 14:39

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rəsmi dəstəyi ilə keçirilən "NETTY 2019" Azərbaycanın milli internet müsabiqəsinin 15-ci mükafatlandırma mərasimi keçirilib.

 

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə nazir Ramin Quluzadənin "NETTY" milli internet mükafatının 15 illik yubileyi münasibətilə müsabiqə iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

 

Sonra çıxış edən nazir müavini "NETTY" müsabiqəsinin Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında oynadığı əhəmiyyətli roldan danışıb.

 

Nazir müavini bu müsabiqənin ildən-ilə inkişaf etdiyini, yeniliklərə imza atdığını diqqətə çatdırıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həmişə bu layihəyə dəstək olduğunu qeyd edən Elmir Vəlizadə dəstəyin davamlı olacağını vurğulayıb.

 

Daha sonra cari ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqram və layihələrin ən yaxşıları elan olunub.

 

"İlin İT hadisəsi" yeni açılan inzibati binada DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) tərəfindən avtomatlaşdırılmış xidmətlərin göstərilməsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi tərəfindən Azərbaycanda ilk blokçeyn layihəsinin işə salınması olub.

 

Qalib layihələr sırasında "saglamaile.az", "atabank.com", "bildilchin.az","shekiculture.az", "local.az", "limartis.az", "4kids.az", "swtravel.az", "intangible.az", "fb.com/eVisaAzerbaijanAsan", "inloya.com", "Balta cizgi serialı", "BirBank" mobil tətbiqi yer alıb.

 

Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə mükafata Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev layiq görülüb.

Realpress.az


 

Xatırladaq ki, "NETTY 2019" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilib.
 
 
Baş partnyoru "Narmobile", qızıl partnyoru "AZCLOUD", gümüş partnyoru "FOMINOV Consulting" şirkəti olan müsabiqənin partnyorları qismində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, "BakuTel" sərgisi, "SmartHost", "GoldenPay" şirkətləri və "Renley.az" veb-agentliyi çıxış edib.
 

 

 

 

 

 

 





18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.