Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin bu gün Vaşinqtonda keçiriləcək görüşündən öncə Nikol Paşinyan növbəti dəfə danışıqların ruhuna uyğun olmayan bəyanat səsləndirib.
“Sputnik Ermənistan”ın məlumatına görə, N.Paşinyan bildirib ki, Ermənistan daim öz silahlı qüvvələrinin hazırlıq səviyyəsini artırmalıdır.
Ermənistanın Baş naziri bildirib ki, Qarabağda müharibə bitməyib və aktiv döyüş fəaliyyəti hər an başlaya bilər.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.