Ayaqyalın gəzməyin uşaqlara bilmədiyiniz FAYDASI

Ayaqyalın gəzməyin uşaqlara bilmədiyiniz FAYDASI
19 İyun 2019 11:43

Bəşəriyyət milyonlarla il ayaqyalın keçinib və yalnız son bir neçə əsrdə ayaqqabı geyinməyə başlayıb.

Tədqiqatçı alimlərin sözlərinə görə, ayaqyalın gəzəndə daban fərqli şəkildə formalaşır. Ayaqabının yaratdığı təzyiq nəticəsində daban böyüyür, pəncə isə daralır. Ayaqqabısız çox gəzənlərin isə ayağı daha genişlənir, dolayısı ilə təzyiq dabana yox, pəncə və ayaq barmarlarına daha çox yayılır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çox sayda bioloji aktiv nöqtələrin ayaqda cəmləşdiyi çoxlarına məlumdur. Pəncə və dabanın masajla müntəzəm stimullaşdırılması daxili orqanların fəaliyyətini yaxşılaşdırır, immun sistemini artırmağa kömək edir və yastıayaqlığın qarşısını alır.

Alimlər bu qənaətə gəlib ki, uşaq nə qədər tez ayaqyalın gəzməyə başlasa, bir o qədər yaxşıdır. Ən azı ilk 9 ayda uşağa ayaqqabı geyindirmək olmaz. Ayağın aktiv şəkildə formalaşması uşağın ilk addımları ilə başlayır və birinci sinifə getməsi ilə sona çatır. Odur ki, uşağın yeriməyə başlamasından 7 yaşına qədərki dövr vacibdir, sonra çox gec ola bilər!

Bütün məktəb yaşına çatmamış uşaqlar üçün normal hesab edilən fizioloji ayaq yastlığına qalib gəlmək üçün qeyri-bərabər səthdə yeriyən zaman həmişə pəncəni yükləmək lazımdır. Bu da o deməkdir ki, əsas təzyiq dabana yox, pəncəyə verilməlidir. Bu, əzələləri işləməyə məcbur edəcək, daban sümüyünü bərkidəcək və onun düzgün formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Harada ayaqyalın gəzmək xeyirdir?

Çimərlikdə qum ayaqları masaj edərək sakitləşdirir və rahatlaşdırır, bu, ayaqlar üçün təbii skrabdır.

Çəmənlik ayaqlarda sinir uclarını stimullaşdırır.

Uşaqların kəskin temperatur dəyişikliyi olan səthlərdə (qaynar qum, isti asvalt, qar və buz) ayaqyalın gəzməyi tövsiyə edilmir.

Mühüm tövsiyələr:

Yayda təbiətə üz tutun və uşağın ayaqqabısını çıxardın. Qoy o, çınqıl, ot, qum üzərində ayaqyalın gəzsin.

Qışda ortopedik xalçalardan istifadə edin. Onlar sərt və yumşaq otun səthini təqlid edir.

Realpress.az


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.