Səhər saatlarında paytaxtın Babək prospektində baş verən qəzada xəsarət alan sürücünün də şəxsiyyəti məlum olub.
Realpress.az xəbər verir ki, avtomobilin sürücü 1975-ci il təvəllüdlü Çubanov Emil Adilyeviç ağır xəsarət alıb.
O, kəllə-beyin travması, said sümüyünün sınığı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
09:20
Babək prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan birinin kimliyi dəqiqləşib.
realpress.az xəbər verir ki, bu, 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəd oğludur.
Təcili yardım xidmətindən verilən məlumata görə, İ.Əliyev ərazidən keçən piyada olub. Sürücü də yaralıdır, ancaq onun kimliyi hələlik dəqiqləşdirilməyib.
08:44
Bir qədər əvvəl Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
realpress.az xəbər verir ki, prospektlə yüksək sürətlə hərəkət edən maşın aşıb.
Qəza nəticəsində xəsarət alan var. Əraziyə təcili tibbi yardım və yol patrul xidməti maşınları cəlb olunub.
Yolun qismən bağlanması səbəbindən hazırda qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilir.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.
“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.