Dəhşətli cinayətdə yaralananların son vəziyyəti - FOTO

Dəhşətli cinayətdə yaralananların son vəziyyəti - FOTO
18 İyun 2019 17:24


Dünən Ağstafa rayonunun Böyük Kəsik kəndində baş verən qətl hadisəsində yaralananlardan xəbər var.

Realpress.az istinadla bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, cinayəti törədən şəxs - Elnur Süleymanovun ətrafa açdığı atəş zamanı xəsarət alan, 58 yaşlı Rəsul Həsənov, 56 yaşlı Lilpar Əhmədova, 20 yaşlı İbrahim Abdullayev, 68 yaşlı Nüsrət İsayev güllə yaraları ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına və Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. 

Onlardan Rəsul Həsənov ambulator müayinə edilərək evə buraxılıb. Güllə onun ayağını sıyırıb. Lilpar Əhmədova isə Gəncə şəhərindəki özəl klinikalardan birinə göndərilib. Onun həyatı üçün təhlükə yoxdur, vəziyyəti kafidir. Sağ budundan güllə yarası alan İbrahim Abdullayev isə bu gün evə buraxılıb. Nüsrət İsayevin ayağına bir neçə güllə dəyib. Onun sol baldırı amputasiya edilib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

16 Apr 2024
Cəmiyyət

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

“Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir”.

16 Apr 2024
Cəmiyyət

Əlahiddə Ümumqoşun Ordunun texnikalarına baxış keçirilib - FOTO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə və hissələrində olan minik, yüngül tipli maşınlara və sərnişindaşıyan avtobuslara baxış keçirilib.