“Fəxri ad istəmirəm, maliyyə istəyirəm” — Kənan MM - VİDEO

“Fəxri ad istəmirəm, maliyyə istəyirəm” — Kənan MM - VİDEO
18 İyun 2019 15:37

ARB TV-nin “Show news” verilinin növbəti müsahibi rejissor, aktyor Kənan Mahmudov olub:

Realpress.az xəbər verir ki, Kənan MM ən böyük arzusundan danışıb:

“Bu il bir ssenari vermişəm, ümid edirəm dövlət hesabına mən də nəsə çəkəcəm. Ortaya bir sual çıxır, mən də çəkməyim kim çəksin? Bu mənim Mədəniyyət Nazirliyindən son istəyimdir. Hamımız getsək, kim qalacaq? Biz buranın çörəyini yemişik, burda yoğrulub xəmirimiz. Ad istəmirəm, heç nə istəmirəm. Sadəcə dövlət hesabına film çəkmək istəyirəm”.

Rejissor daha sonra necə biri olduğunu və yerli məşhurlarda bəyənmədiyi cəhətlərdən söhbət açıb:

“Əslində necə bir insan olduğumu onlardan öyrənirəm. Mövlananın bir sözü var, deyir ki, tərbiyəni tərbiyəsizdən öyrən. Sənətçilərimizin də əsas qeyri-səmimiliklərindən biri, villası, biznesi olan müğənni çıxıb deyir ki, heç vaxt qoymaram ki, oğlum yaxud qızım bu sənətlə məşğul olsun. O zaman o yalan deyir, sənətini yerə vurur”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.