Hindistanda uşaqları öldürən epidemiya yayılıb

Hindistanda uşaqları öldürən epidemiya yayılıb
18 İyun 2019 13:20


Hindistanın Bihar ştatında yayılmış ensefalit (infeksion xəstəlik – mikrooqranizmin beyinə keçməsi nəticəsində baş verən beyin iltihabı - red.) xəstəliyindən ölən uşaqların sayı 103 nəfəri ötüb.

Bu barədə BBC yerli rəsmilərə istinadən məlumat yayıb.

Yaşı 10-dan aşağı olan 200-dən çox xəstə bölgənin iki əsas xəstəxanasında ölümlə çarpışır. Səhiyyə rəsmilərinin bildirdiyinə görə, ensefalitli xəstələr arasında ölüm hallarının çoxalması uşaqların hipoqlikemiyadan (qanda aşağı şəkər miqdarı) əziyyət çəkməsi ilə əlaqədardır.

Hindistanın Bihar və Uttar Pradeş ştatlarında ilk ensefalit xəstəliyinin qeydə alındığı tarixdən bəri (1970-ci illərin sonları - red.) minlərlə uşaq həyatını itirib. İnfeksiya, adətən, musson yağışları mövsümündə baş qaldırır və əhalinin ən həssas təbəqəsinə, başlıca olaraq uşaqlara zərər vurur.

Realpress.az


19 Apr 2024
Dünya

İsrail İrana zərbə endirib

İsrail İrandakı obyektə raket zərbəsi endirib.

19 Apr 2024
Dünya

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.

19 Apr 2024
Dünya

Meksikada da zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

19 Apr 2024
Dünya

ABŞ kəşfiyyatından Ukrayna müharibəsinin mümkün nəticəsi ilə bağlı PROQNOZ

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ölkə Konqresi üzvlərinə xəbərdarlıq edib ki, Vaşinqton Kiyevə lazımi dəstəyi verməsə, Ukrayna 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə hərbi münaqişədə məğlubiyyətə uğraya bilər.