Miqreni yaradan səbəblər - SİYAHI

Miqreni yaradan səbəblər - SİYAHI
18 İyun 2019 13:08

Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edərək günlərlə davam edən nevroloji xəstəlikdir.

Bu xəstəliyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Yayılma dərəcəsinə görə kişilərdə 10%, qadınlarda isə 22% müşahidə olunmuşdur.

Miqrenin diaqnozu yalnız həkim tərəfindən qoyula bilər. Buna baxmayaraq, bəzi əlamətlərə görə də, insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər.

Miqren 4 saatdan 72 saata qədər davam edə bilir. Həkimlər miqrenin inkişaf etməsinin səbəblərini indiyə qədər müəyyən edə bilməyiblər. Amma məlumdur ki, miqren irsi xarakter daşıyır, yəni sizin valideyinlərinizdən biri bu xəstəlikdən əziyyət çəkirsə, siz də bu xəstəliyi irsi olaraq onlardan "alacaqsınız".

Əksər hallarda miqren tutmasını streslər, kəskin emosional həyəcanlanmalar və sarsıntılar törədir. Onu da qeyd etmək lazımdır ki, miqren tutması bilavasitə stres zamanı deyil, ondan xeyli saatlar keçdikdən sonra başlayır.

Yeniavaz.az miqren ağrılarının yaranma səbəblərini təqdim edir:

- parlaq işıq və ya güclü səs;

- havanın kəskin şəkildə dəyişilməsi;

- qadınlarda hormonal dəyişikliklər;

- yuxusuzluq;

- fiziki və əqli gərginliklər;

- uzun müddət nəqliyyatda hərəkət etmək, təyyarə ilə uçuş;

- aclıq;

- bəzi qida növləri (şokolad, kakao, qoz-fındıq məhsulları, sitrus mevələri və s)

Buna görə də, miqrendən əziyyət çəkən adamlar kifayət qədər yatmalı, istirahət etməli, düzgün qidalanmalı, spirtli içkilərdən uzaq durmalıdırlar.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.