Timsahın ağzından son anda xilas oldu - VİDEO

Timsahın ağzından son anda xilas oldu - VİDEO
18 İyun 2019 12:15


Zimbabvedə qadın uşağının gözləri qarşısında timsahın hücumuna məruz qalıb.

Bu barədə “ZBC News” məlumat yayıb.

İnsident 47 yaşlı Emeri Pondani balıq tutan zaman baş verib.

“Mən tor atan zaman suyun dalğalandığını gördüm. Oğlum iri bir balıq tutduğumu güman etdi, ancaq gözlənilmədən timsah peyda olaraq sinəmdən yapışdı və suya dartdı”, - deyə timsahla mücadilədən sağ çıxmış qadın bildirib.

E.Pondani ayıq-sayıq və soyuqqanlı qalması sayəsində qurtulub. Belə ki, əlləri ilə onun çənəsini sıxmaqla müqavimət göstərib və bir müddətdən sonra sahilə çıxmağa nail olub. Qadının hazırda xəstəxanada müalicə aldığı deyilir.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.