Anadan övlada ötürülən xəstəliklər – SİYAHI

Anadan övlada ötürülən xəstəliklər – SİYAHI
18 İyun 2019 11:35

Uşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də "hədiyyə" alır.

Genetiklər bildirir ki, xüsusən anadan uşağa keçən tipik qadın xəstəlikləri, eləcə də sırf atadan övlada keçən kişi xəstəlikləri vardır. Burda nə ananın, nə uşağın rolu, günahı yoxdur. Eləcə də qız-oğlan fərq etmir, oğlan uşaqlarına da anadan bir sıra xəstəliklər ötürülür.

Medicina.az istinadən ananızdan sizə miras qalan xəstəliklərin siyahısını təqdim edir.

- Miqren - tipik qadın xəstəliyidir.  Kişilərdə də varsa deməli anasından ötürülüb.

Statistika göstərir ki, miqren 80% hallarda anadan keçmiş iris xəstəlikdir.  Bir gen vardır ki, onun işi pozulanda ətraf aləmdən beyinə qıcıqlandırıcı siqnallar gedir.  Eləcə də miqren estrogen və progesteronun dəyişməsi ilə, azalıb yüksəlməsi ilə bağlı ola bilər.

- Bəzi onkoloji xəstəliklər - ilk növbədə süd vəzi, uşaqlıq və yumurtalıq xərçəngi anadan qıza ötürülə bilir.  Bu 100% demək deyil. Amma risk var.

Araşdırmalar göstərib ki, 15% hallarda qızlara onkoloji xəstəliklər anadan və ya nənədən - qadın xəttindən ötürülmüş olur. 

- Bədən quruluşu, anomaliyalar və vərdişlər

Yəqin eşitmisiz, uşaq üçün deyirlər, elə bil anasının burnundan düşüb.  Sübut olunub ki, ana gəncliyində nə qədər yaxşı bədən quruluşu, hündür boylu olubsa, onun qızı 50% bu bədən quruluşunu təkrarlaya biləcək. Əgər ana uşaqlıqda piylənməyə meyilli idisə, 50% halda onun uşaqları da eyni halı yaşayacaq.

Alimlər bildirir ki, əgər ana və ata hər ikisi uşaqlıqda artıq çəkili olubsa, uşaqları 70% halda artıq çəkili olacaq.

- Depressiya və psixi pozğunluqlar

Ruhi, nevroloji, psixi pozuntular ata və anadan, 30% hallarda anadan keçir.

Depressiv, melanxolik ananın eyni özü kimi övladının doğulması riski çoxdur.  Bu məsələdə günahkar serotonin hasilini azaldan xüsusi genlərdir.

- Erkən klimaks

Normal halda klimaks 45-50 yaşdan sonra başlayır. Lakin bəzi hallarda hətta 35 və bundan da erkən yaşda klimaks keçirən qadınlar olur. Əgər ana, nənə xətti erkən klimaks keçiribsə, onların qızları da 85% halda bu problemlə üzləşəcək.

- Ürək-damar xəstəlikləri

İnsanın ölümünə ən çox səbəb olan bu xəstəliklər 20% halda irsi keçir.

- Allergiya

Burda ana, yoxsa ata xəttinin rol oynadığını söyləmək çətindir. Əgər hər iki valideyndən birində ciddi allergiya varsa, onların övladının allergik olması riski 40% artır. Hər ikisi allergikdirsə, deməli, 80 faiz uşaq da allergik doğulacaq.

Realpress.az


20 Avq 2019
Səhiyyə - Sağlamlıq

KİÇİK QURDUN BÖYÜK FƏSADLARI.

Müasir dövrdə insanların tez-tez rastlaşdığı xəstəliklərdən biridə qurd invaziyalarıdırr. İndiyə qədər insan orqanizmində xəstəlik törədən 250-yə qədər qurd növü aşkar edilmişdir. Onlardan 65-i ölkəmizdə qeydə alınmışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər il dünya əhalisinin 50%- dən çoxu qurd xəstəliklərinə yoluxur. Yoluxmanın 70-80%-ni uşaqlar təşkil edir.

20 Avq 2019
Səhiyyə - Sağlamlıq

Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti - Azərbaycanda da geniş yayılıb

Mədəaltı vəz şiş xəstəliyi simptomsuz başlayan və sürətlə irəliləyən aqressiv formalı və xəstənin erkən ölümünə səbəb olan 10 xərçəng növündən biridir.

19 Avq 2019
Səhiyyə - Sağlamlıq

YAY AYLARINDA DİAREYA.

Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır. Onlardan biri diareyadır.

19 Avq 2019
Səhiyyə - Sağlamlıq

Burunla nəfəs almırsınız?

Burun tutulması - bu sərbəst xəstəlik deyil, adətən başqa xəstəliklərin əlamətidir. 

9 Avq 2019
Səhiyyə - Sağlamlıq

YAY AYLARINDA DİAREYA.

Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır. Onlardan biri diareyadır.