Yasamalda daha bir qəza - "Hyundai" dəmir arakəsməyə çırpıldı - VİDEO

Yasamalda daha bir qəza - "Hyundai" dəmir arakəsməyə çırpıldı - VİDEO
14 İyun 2019 17:10

Bakıda iki maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-CK-393 dövlət nömrəli "Hyundai Tucson" markalı avtomobil, eyni istiqamətdə olan 99-SH-858 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Hyundai" markalı avtomobil dəmir arakəsmələrə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, bu gün Yasamal rayonunda avtomobil bazarının yaxınlğında da yol qəzası baş verib. Nəticədə 3 qadın xəsarət alıb.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.