Elektrik enerjisini vulkan daşlarında saxlayan stansiya işə salınıb

Elektrik enerjisini vulkan daşlarında saxlayan stansiya işə salınıb
14 İyun 2019 15:34

Almaniyanın “Siemens” şirkətinin “Gamesa Corporacion Tecnologica” törəməsi yeni istilik elektrik stansiyasının tikintisini başa çatdıraraq istifadəyə verib. Layihənin unikallığı külək elektrostansiyası vasitəsilə toplanan enerjinin vulkan daşlarında saxlanılmasındadır.


“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “ETES” (electric thermal energy storage) adlı eksperimental qurğu Hamburq şəhərində yerləşir. Külək elektrostansiyasının hasil etdiyi enerji isti havaya çevrilərək min tona yaxın vulkanik süxurun Selsi üzrə 600 dərəcə temperaturadək qızdırılması üçün istifadə olunur. Xüsusi qoruyucu torpaq tökümü və termoizolyasiyalı qapaq istilik itkisinin qarşısını alır ki, bunun da sayəsində onu 1 həftə və ya daha çox saxlamaq mümkün olur. İstehsalçı nümayəndələrinin sözlərinə görə, eksperimental qurğu 120 meqavat-saatadək istilik toplayaraq saxlayır.


Bildirilir ki, zərurət yaranan zaman toplanan istilik enerjisi buxar turbini vasitəsilə yenidən elektrik enerjisinə çevriləcək və yerli “Hamburg Energie” kommunal şirkəti tərəfindən satılacaq.


“Gamesa Corporacion Tecnologica” şirkətinin planlarına enerjinin daşda saxlanılmasını nəzərdə tutan yeni texnologiyanı kommersiya layihələrində istifadə edərək stansiyanın tutumunu və gücünü artırmaq daxildir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.