“Məni 7 saat döydü, huşumu itirdim...”

“Məni 7 saat döydü, huşumu itirdim...”
13 İyun 2019 16:51

"Çağrı mənim sevgilimdir. Onunla iki il əvvəl tanış olmuşuq. Bir il yarımdır eyni evdə yaşamışıq. İyunun ikisində qısqanclıq üstündə mübahisə yarandı. Davamız 4 saat davam etdi". 

Realpress.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri türk prodüser sevgilisi tərəfindən şiddətə məruz qalan model Tanja Djukic deyib. O, polisə izahatında Çağrı T. Arasında yaranan mübahisənin pərdəarxasını danışıb. Serb model qeyd edib ki, prodüser onu vəhşicəsinə döyüb:

"Mənə təpik və yumruqlarla zərbə endirməyə başladı. Burnumdan, ağzımdan və qulağımdan qan tökülürdü. Yeddi saat fasiləsiz olaraq döyüldüm. Yalvardım, amma işə yaramadı. Daha sonra başıma zərbə endirdi, huşumu itirdim, hamama apardı, duşun altında məni oyandırdı və yenə döyməyə başladı. Sürüyüb otağa apardı, xilas olmaq istədim, boğazıma bıçaq dirədi. Otağa salıb qapını bağladı. Ac və susuz idim. Səhəri gün qapını açdı. Onu inandırdım ki, polisə şikayət etməyəcəm. Məni buraxdı". 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.