Putin jurnalistin həbsinə görə iki generalı qovdu

Putin jurnalistin həbsinə görə iki generalı qovdu
13 İyun 2019 16:26


Rusiya Prezidenti Vladimir Putin polis general-mayorları Yuri Devyatkin və Andrey Puçkovun daxili işlər orqanlarından kənarlaşdırılması haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sözügedən generalların orqanlardan kənarlaşdırılmasını Rusiya Prezidentinə şəxsən daxili işlər naziri Vladimir Kolokolsev bildirib. Bunun jurnalist İvan Qolunovun işi ilə əlaqədar olduğu bildirilir.

İyunun 6-da həbs olunmuş İ.Qolunov narkotik vasitələrin satışına cəhd etməkdə təqsirləndirilirdi. Onun həbsi və ona dəstək üçün keçirilən aksiyada polislərin hərəkətləri Rusiyada geniş əks-səda doğurmuşdu. İyunun 11-də jurnalist təqsirinin sübuta yetirilməməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Y.Devyatkin Rusiya DİN Narkotik vasitələrlərin dövriyyəsinə nəzarət üzrə baş idarənin Moskva idarəsinin rəisi olub, A.Puçkov isə paytaxtın Qərb inzibati dairəsinin DİN rəhbəri vəzifəsini tutub.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.