Ürəyin sağlamlığını qoruyan ən faydalı məhsul təyin olunub

Ürəyin sağlamlığını qoruyan ən faydalı məhsul təyin olunub
13 İyun 2019 08:59

Mütəxəssislər ürək üçün ən faydalı məhsul təyin ediblər. Alimlərin fikrinə görə bu ərikdir.

Ərik kalium maddəsinin miqdarına görə çempion sayılır. Kalium sayəsində ərik aritmiyalar zamanı müalicəvi effekt verir, təzyiqi tənzimləyir, ürək və böyrəklərlə bağlı olan ödemləri azaldır.

Həmçinin kalium damarların vəziyyətini yaxşılaşdırır, ürək ritmini tənzimləməyə yardım edir, orqanizmdən toksinlər və artıq xolesterinin xaric olunması proseslərini tezləşdirir.

Mütəxəssislər ürək xəstəlikləri olanlara hər gün ərik yeməyi tövsiyə edirlər. Saglamolun.az bildirir ki, ərik qurusunda kaliumun miqdarı təzə əriklə müqayisədə 5-6 dəfə daha çoxdur. Mütəxəssislər mövsümdə təzə əriyi, digər vaxtlarda isə ərik qurusunu yeməyi tövsiyə edirlər.

Əriyin tərkibində olan digər çox faydalı maddə beta-karotindir. Tərkibində çoxlu miqdarda beta-karotin maddəsi olan ərik orqanizmi həm ürək xəstəlikləri, həm də xərçəngdən qoruyur.

Realpress.az


17 İyul 2019
Səhiyyə - Sağlamlıq

Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər

Yodun orqanizmdə çatışmazlığı sinir və hormonal sisteminə, insanın psixikasına çox ciddi ziyan vurur.

12 İyul 2019
Səhiyyə - Sağlamlıq

Az su içmək ziyanldır, çox su içmək ölümcüldür

Kifayət miqdarda su içmək insan sağlamlığının əsas şərtlərindən biridir.